Salyanda polis adından istifadə edərək dələduzluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, özlərini polis əməkdaşı kimi təqdim edən 2 nəfər rayonun Asiman Bəhramovu həbs edəcəyi ilə hədələyərək ondan 15 000 manat alıb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Salyan rayon sakinləri Kamran Qasımov və Vaqif İlyasov tutulublar.
Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
E.Ə.
www.oxu.az