Samuxda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.
Bu barədə Samux Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, noyabrın 9-u saat 17 radələrində rayonun Burunqovaq kənd sakini, 1986-cı il təvəllüdlü Muraz Abbasovun öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırma zamanı 2001-ci il təvəllüdlü Eltac Çələbiyevin rayonun Burunqovaq kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Muraz Abbasova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Çələbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
18:51
Noyabrın 9-da saat 16:20-də Samux rayonu Burunqovaq kəndi ərazisində 1986-cı il təvəllüdlü Muraz Rəhim oğlu Abbasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kəndin sakini 2001-ci il təvəllüdlü Eltac Xuday oğlu Çələbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Rəylər