Sankt-Peterburqun Krasnoselsk rayonunda təqribən üç kiloqram həşiş aşkar olunub. Bu barədə Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin regional bölməsi məlumat verib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, 52 yaşlı azərbaycanlı Partizan Herman küçəsi 22 ünvanında yerləşən kafedə həbs olunub. O, həmin kafenin sahibidir.
Polis azərbaycanlını növbəti sövdələşmə zamanı saxlaylb. Kafenin çıxışında polis alıcı olan 53 yaşlı ermənini tutub. Onun üzərində təxminən 1 kiloqram 200 qram həşiş olub.
Kafenin barında əlavə olaraq 1 kiloqram 600 qram həşiş də aşkar olunub.
İstintaqçılar bildirib ki, həşiş Rusiyanın şimal paytaxtının Kirov və Krasnoselsk rayonlarında satılırdı. Dövriyyə aylıq olaraq təxminən 20 kiloqram həşiş təşkil edib.
Faktla bağlı cinayət işi açılıb. Saxlanılan azərbaycanlı və erməni həbsdədir.
www.oxu.az