Şəmkir rayonunda qətl törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 25-də Şəmkir rayonunun Keçili kənd sakini Qabil Qarayev boyun fəqərələrinin sınığı ilə xəstəxanaya gətirilib.
Q.Qarayev ehtiyatsızlıq nəticəsində yıxıldığını bildirib. Ona tibbi yardım göstərildikdən sonra buraxılıb. Həmin şəxs sentyabrın 26-da evində ölüb.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Q.Qarayevin yaşadığı kənd ərazisində keçirilən toyda həmkəndlisi Seymur Əlövsətli tərəfindən döyülməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əlövsətli tutulub.
E.Ə.
www.oxu.az