Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şərurda quyudan meyiti tapılan qadının qətli ilə bağlı DAHA BİR ŞƏXS TUTULDU
Aprelin 22-də Şərur rayon Oğlanqala kənd sakini, 75 yaşlı Zeynəb İsmayılovanın öldürülərək su quyusuna atılması faktı ilə bağlı cinayət işi üzrə daha bir şəxs məsuliyyətə cəlb olunub.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, Şərur Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə prokurorluq və polis əməkdaşları tərəfindən davam etdirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Aypara Əsgərovanın cinayət əməlini 1991-ci il təvəllüdlü qonşusu Firuzə Seyidova ilə birgə törətməsinə şübhələr müəyyən edilib.
F.Seyidova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Aypara Əsgərova və Firuzə Seyidova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunublar, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Şərur Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Məhkəmə yeddinci dəfə ərə getmək istəyən bacısını güllələyən yeniyetmə barədə qərar verdi
- Almaniya kansleri İsrail diplomatlarının qətlinə reaksiya verdi
- Yanukoviçin keçmiş müşavirinin qətli mütəşəkkil cinayətlə əlaqəli ola bilər
- Təbrizdə dəhşətli qətl: Kişi həyat yoldaşını öldürdü, qızını yaraladı
- Yevlaxda qəbiristanlıqda baş verən qətl: Xaricdə gizlənən qatillərdən biri ağır cəza aldı