2019-cu il avqustun 14-də Baş Prokurorluq Sumqayıtda kirayədə yaşayan Çeçenistan vətəndaşı 45 yaşlı Bislan Bakayevin qəsdən öldürülməsi ilə bağlı məlumat yayıb.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz evdə kişi meyiti, döşəmədə üzərində qan ləkələri olan bıçaq aşkar edilib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Bislan Bakayevin ölümünə - sol ağ ciyəri və ürəyi zədələyən üç yara nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.
Avqustun 14-də cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər Rusiyada məhkum olunmuş Tural Muxtarov Binə qəsəbəsində saxlanılıb.
İstintaqla müəyyən edilib ki, avqustun 13-ü saat 18 radələrində Tural Muxtarov, milliyyətcə çeçen, Rusiya vətəndaşı Bislan Bakayev və tanışı Taleh Bədəlovla spirtli içki qəbul ediblər.
Tural Bislanın onunla əl-qol hərəkətləri ilə danışmasını, sözünü kəsməsini öz şəxsiyyətinə qarşı təhqir kimi qəbul edib və masanın üzərində olan bıçaqla B.Bakayevə zərbələr vuraraq öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Muxtarov 17 il müddətinə azadlıqdan məhrum olunub.
Ətraflı olaraq Baku.Tv-nin video materialını təqdim edirik: