Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının zirzəmisində 5 m² sahədə məişət tullantıları yanıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 nəfər kişi cəsədi aşkar olunub.
Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az