Daxili İşlər Nazirliyi Bərdə rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Oxu.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 15-də Bərdə şəhərində Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Məkan Rüstəmovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Tural Allahverdiyev tutulub.
Araşdırma aparılır.
15.03.2016
Bu gün Bərdə rayonunda qətl törədən 26 yaşlı Allahverdiyev Tural Vidadi oğlu tutulub.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Alaçadırlı kəndində tanışı, 24 yaşlı Məkan İsmayılovu münaqişə zəminində 3 bıçaq zərbəsi ilə qətlə yetirən T.Allahverdiyev istintaq orqanına təhvil verilib.
O, saxlanılarkən bıçaqla özünə xəsarət yetirib.
İlkin araşdırma zamanı məlum olub ki, M.İsmayılovun T.Allahverdiyevə 1000 manata yaxın borcu olub. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, T.Allahverdiyev mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan olan oğludur.
Qeyri-rəsmi nikahdan doğulmasına baxmayaraq Vidadi Bərdəli oğlunun sənədində öz adının qeyd edilməsinə razılıq veribmiş.
15:57
Bu gün Bərdə rayonunda qətl törədilib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, rayonun Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin borc pul üstündə baş verdiyi bildirilir.
Qətl törədən T.Allahverdiyev bir müddət əvvəl vəfat etmiş tanınmış müğənni Vidadi Bərdəlinin oğludur.
