Gömrük nəzarətindən gizlədilmiş 24 min ədəd siqaret aşkar olunub.
Bu barədə Oxu.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin ön buferinin içərisindən gömrük nəzarətindən gizlədilən 24 min ədəd “NZ Gold Compact” markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
U.A.
www.oxu.az