Bu gün axşam saatlarında Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki,Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Həsənli kəndində qeydə alınıb. Kənd sakini Vaqif Sahib oğlu Cəfərov bir müddət əvvəl qeyri-rəsmi nigahda olduğu yoldaşını döyərək, ağır xəsarətlər yetirib. Hadisə ilə bağlı polis şöbəsində şikayət edilib.
Bundan qəzəblənən Vaqif Cəfərov qayınatasıgilə gələrək mübahisə edib. Mübahisə zəminində o, qayınatası 1952-ci il təvəllüdlü Tahir Gülməmməd oğlu Adıgözəlova bıçaqla, qayınanasına isə həyətdəki bellə xəsarət yetirib. Yaralılar Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktala bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.