Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Anasının boğdurduğu, oğlunun zəhərlədiyi Osmanlı sultanları - FOTO
Sui-qəsdə qurban gedənlər də olub, intihar edənlərdə. İçlərində elələri olub ki, onların ölüm səbəbi hələ də müəmma olaraq qalır.
Oxu.Az Osmanlı padişahlarının dəhşətli ölüm səbəblərini təqdim edir:
Osman Qazi 1326-cı ildə ölüb. Osmanlı İmperatorluğunun qurucusu olan Qazinin ölüm səbəbi ürəyinin dayanması olub.
Orxan Qazi 1362-ci ildə iflic keçirərək ölüb.
I Murad sui-qəsd nəticəsində 1389-cu ildə öldürülüb. Qatili isə I Kosova Müharibəsindən sonra qəbul etdiyi Serbiya kralı Lazarın kürəkəni Miloş Obroneviç idi. O, yaxasında gizlətdiyi xəncər ilə padişahı qətlə yetirib.
İldırım Bəyazid Ankara Müharibəsində əsir düşərkən üzüyündəki zəhəri içərək intihar edib.
II Murad 1451-ci ildə üç gün şiddətli baş ağrısı çəkib və vəfat edib.
Fatih Sultan Mehmet 1481-ci ildə Misirə səfəri zamanı yolda xəstələnərək ölüb.
II Bəyazidi oğlu Yavuz Sultan Səlim zəhərləyib.
Yavuz Sultan Səlim 1520-ci ildə xərçəng xəstəliyindən ölüb.
Qanuni Sultan Süleyman 1566-cı ildə beyin qanaxması keçirib.
II Səlim 1574-cü ildə hamamda yıxılaraq, daxili qanaxmadan ölüb.
1595-ci ildə həyatını itirən III Muradın ölüm səbəbinin prostat xərçəngi olması təxmin edilir.
III Mehmet 1603-cü ildə infarkt keçirərək ölüb.
Sultan Mustafa 1639-cu ildə epilepsiya tutması zamanı həyatını itirib.
Osmanlı tarixində “Gənc Osman” ləqəbi ilə iz qoyan II Osman boğularaq öldürülüb. Sui-qəsdi Davud Paşa və əhatəsindəki şəxslər etmişdi.
I Mehmetin ölümünə ov zamanı atın üzərində olarkən iflic keçirməsi olub. Atdan düşüb yaralanan padişah 1421-ci ildə ölüm yatağında can verdi.
IV Murad 1640-cı ildə ölüb. Ölüm səbəbi isə qaraciyər sirrozu idi.
Sultan İbrahim anası Kösem Sultanın təlimatı ilə 1648-ci ildə boğularaq öldürülüb.
IV Mehmed 1693-cü ildə sətəlcəmdən dünyasını dəyişib.
II Süleymanın 1695-ci ildə böyrək çatışmazlığından öldüyü deyilir.
II Mustafa da 1703-cü ildə prostat xərçəngindən öldüyü təxmin edilir.
III Əhməd 1736-cı ildə şəkər xəstəliyindən ölüb.
I Mahmud 1754-cü ildə həyatını itirib. Ölüm səbəbi atdan düşüb beyin qanaxması keçirməsi idi.
I Əbdülhəmidin ölüm səbəbi də beyin qanaxmasıdır. 1789-cu ildə ölən padişahın Anapa qalasının rusiyalı qüvvələri əlinə keçdiyini eşidəndən sonra halı pisləşib.
III Səlim IV Mustafanın yaxın çevrəsinin aldığı qərarın nəticəsi olaraq 1808-ci ildə boğularaq öldürülüb.
II Mahmut yoluxduğu vərəm xəstəliyinə görə 1839-cu ildə vəfat edib.
Sultan Əbdülməcidin 1861-ci ildəki ölüm səbəbi də vərəm xəstəliyidir.
Sultan Əbdüləziz 1876-cı ildə taxtdan endirildikdən sonra otağında biləkləri kəsilmiş formada tapılıb.
V Murad 1904-cü ildə şəkər xəstəliyindən ölüb.
II Əbdülhəmid 1918-ci ildə sətəlcəm olaraq vəfat edib.
V Mehmed Rəşad 1918-ci ildə ölüb. Onun ölüm səbəbi isə şəkər xəstəliyi idi.
Sultan Vahdettin sürgün olunduğu İtalyada 1926-cı ildə infarkt keçirirək ölüb.
Pərviz Hüseyn
www.oxu.az