Salyan rayonunda qeyri-adi təbiət hadisəsi baş verib.
Oxu.Az Anspress-ə istinadla xəbər verir ki, bölgə müxbirinin verdiyi məlumata görə, tut ağacı ikinci dəfə bar gətirib.
Payız fəslində təbiətin bu qeyri-adi hadisəsi rayonun Seyidsadıqlı kəndində baş verib. Həmin kəndin sakini Səfayəddin Qafarovun həyətyanı sahəsində tut ağacının ikinci dəfə bar verməsi hər kəsi təəccübləndirib.
Artıq sentyabrın ortalarından bu günə kimi ailə üzvləri tutun barından yeyirlər. Əvvəllər bağlarında bəzi meyvələrin vaxtsız bar gətirdiyini deyən ev sahibi tut ağacının ilk dəfədir ki, ikinci dəfə bar verdiyini deyir. Ümumilikdə isə tut ağacının payızda bar verməsi ona yaxşı qulluq göstərilməsi ilə izah olunur.
www.oxu.az