Bu gün saat 13:30 radələrində Bakı-Quba yolunun təxminən 95-ci kilometrliyində, Siyəzən rayonu ərazisində Ataçay çayının üstündəki körpüdə yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, “VAZ 2107” markalı, 90-HL-497 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək aşıb.
Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.
16:43
Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə magistralın 90-cı kilometrliyində qeydə alınıb. “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində maşında olan bir ailənin 3 üzvü xəsarət alıb. Xəsarət alanlar, Bakı şəhər sakinləri 1951-ci il təvəllüdlü İnqilab Nəcəfov, 1955-ci il təvəllüdlü Lətifə Nəcəfova və 1981-ci il təvəllüdlü Məhəmməd Nəcəfov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətləri orta ağırdır.
Fakt araşdırılır.
Z.Q.
www.oxu.az