“Instagram Sports Rich List 2018” statistikası açıqlanıb.
Oxu.Az xəbər verir ki, paylaşımlarına görə ən çox qazanan futbolçuların siyahısında ilk yeri Kriştian Ronaldu tutur.
O, 136 milyon izləyici sayı ilə rəqibləri Messi və Neymarı geridə qoyub. Belə ki, Ronaldu hər paylaşımına görə 750 min dollar qazanır.
Ronaldudan sonra “Instagram”da ən çox qazananların ilk beşliyi isə aşağıdakı kimidir:
Neymar: 600 min dollar

Lionel Messi: 500 min dollar

Devid Bekhem: 300 min dollar

Qaret Beyl: 185 min dollar

Pərviz Hüseyn
www.oxu.az