Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Meymunçiçəyinə qarşı çarə tapıldı
Çinli alimlər meymunçiçəyi virusunun zəif nöqtəsini müəyyən edib və yeni güclü antivirus hazırlayaraq bu sahədə irəliləyiş əldə ediblər.
Oxu.Az "Nature" jurnalına istinadən xəbər verir ki, Şanxay Elmi-Texnologiya Universitetindən olan tədqiqatçılar virusun əsas proteaz (CorePro) fermentinə diqqət yetiriblər.
Bu ferment "molekulyar qayçı" kimi çıxış edərək virusun yeni yoluxucu hissəciklər yaratmasına imkan verir. "CorePro"nun bloklanması isə virusu faydasız komponentlər dəstinə çevirir.
"Bu, sadəcə meymunçiçəyinə qalib gəlmək deyil. Biz təhlükəli virusların bütün ailəsinə qarşı alət yaradırıq", - universitetin açıqlamasında qeyd olunub.
"Meymunçiçəyi virusu (Mpox)" teqi üzrə xəbərlər
- Syerra-Leonedə meymunçiçəyinin yeni dalğası: Ölənlər var
- Alimlər meymunçiçəyi ilə bağlı həyəcan təbili çalırlar
- Uqandada meymunçiçəyinə yoluxma 5 minə çatır, ölənlər var
- Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşı evə buraxıldı
- DGK: "Meymunçiçəyinə görə riskli ölkələrdən Azərbaycana gələnlər XÜSUSİ yoxlanılırlar"