Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İrandakı güclü partlayışda ölənlərin sayı 40-a çatdı
İranın Bəndər Abbas şəhərindəki Şahid Rəcai limanında baş verən partlayışda ölənlərin sayı 40-a çatıb.
Oxu.Az xəbər verir ki, bunu vilayət qubernatoru Məhəmməd Əşuri açıqlayıb.
"Hazırda partlayış nəticəsində aldığı xəsarətlər səbəbindən 40 nəfər həyatını itirib", - o bildirilib.
İranın cənubundakı Bəndər Abbas şəhərində Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə İran İslami Məşvərət Şurasının (Parlament) Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian məlumat verib.
Onun sözlərinə görə, 18 cəsədin şəxsiyyəti hələ də müəyyən edilməyib.
"Dünən axşam saatlarından indiyədək 1241 zərərçəkən tibb məntəqələrinə yerləşdirilib, onlardan 994-ü artıq evə buraxılıb, 240 nəfərin müalicəsi stasionarda, o cümlədən 37 nəfərin Reanimasiya şöbəsində davam etdirilir. 5 nəfərin yanıq xəsarətləri ağırdır. Məhkəmə ekspertizası şöbəsində də olduq və hazırda əlimizdə 36 cəsəd var, onlardan 18-nin şəxsiyyəti müəyyən edilib, qalanları ağır yanıqlar səbəbindən tanınmaz vəziyyətdədir və onların şəxsiyyətini müəyyən etmək üçün DNT testi tələb olunur", - deyə M.Camalian bildirib.
O, yanğın tam söndürüldükdən sonra aşkarlanan cəsədlərin sayının artacağını da istisna etməyib.
İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında baş verən partlayışlardan sonra başlamış yanğın davam edir.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd yanğının söndürülməsi üçün işlərin davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, yanğının böyük hissəsi helikopterlər tərəfindən söndürülüb və işlər yekunlaşmaq üzrədir.
Rusiya Prezidenti Vladimir Putin ölkənin Fövqəladə Hallar Nazirliyinə (FHN) İrandakı yanğının söndürülməsinə kömək etmək üçün bir neçə təyyarənin göndərilməsini tapşırıb. Bu məqsədlə FHN İrana bir neçə təyyarə göndərəcək.
Ən son məlumatlara görə, partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
Məlumata görə, hadisə nəticəsində yaralananların sayı 1 100-ü ötüb.
Bildirilir ki, partlayış nəticəsində başlayan yanğın isə Qızıl Aypara Cəmiyyətinə məxsus helikopterlərlə və toz yanğınsöndürmə torbalarından istifadə etməklə söndürülüb.
İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında baş verən partlayışlar nəticəsində ölən və yaralananların sayı artıb.
Oxu.Az "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Hörmüzqan vilayətinin Fövqəladə Hallar İdarəsi məlumat paylaşıb.
Bildirilir ki, indiyə olan məlumata əsasən, ölənlərin sayı 18 nəfərə çatıb. Bundan başqa, yaralananların sayı 800 nəfəri keçib.