Dünyanın ən məşhur retro avtomobil yarışlarından biri olan "Peking to Paris Motor Challenge" ikinci dəfə Azərbaycanda təşkil olunub.
Belə ki, 7 iyun tarixində saat 18:00-dan 22:00-dək Dənizkənarı Milli Parkda, "Yeddi Gözəl" fəvvarəsinin önündə nadir klassik avtomobillərin sərgisi baş tutub.
Tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə ərsəyə gəlib.
Sözügedən sərgidən fotoları təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az