Bakıda klassik avtomobillərin iştirakı ilə təşkil olunan toy karvanı diqqət çəkib.
Bu barədə Oxu.Az-a videogörüntü daxil olub.
Qeyd edilib ki, toy karvanında VAZ-2101, VAZ-2103, VAZ-2106, VAZ-2107 və QAZ-21 kimi klassik avtomobillər yer alıb.
Karvanın ən maraqlı məqamlarından biri isə bəylə gəlinin "Zaporojets" ZAZ-968 markalı avtomobildə hərəkət etməsi olub.
Həmin görüntünü təqdim edirik:
Bakıda keçmişə səyahət: Klassik avtomobillərdən ibarət toy karvanı - VİDEO
Qaynar xətt:
(055) 224 12 12