DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turunda Andorra və İngiltərə millilərinin qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar "Stage Front" stadionunda (Barselona, İspaniya) üz-üzə gəliblər.
Matçda qonaq İngiltərə yığması minimal hesablı qələbə qazanıb - 1:0.
Matçın yeganə qolu 50-ci dəqiqədə vurulub. İngiltərə yığmasının hücumçusu və kapitanı Harri Keyn fərqlənib.
Bu qələbədən sonra İngiltərə yığmasının aktivində 9 xal var. Tomas Tuxelin komandası K qrupunda birinci yerdədir. Andorra ilk üç görüşdə xal toplaya bilməyib və beşinci pillədə qərarlaşıb.