Hazırda Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Nazar Holdings"in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində növbəti dəfə avtomobillərinin festivalı keçirilir.
Oxu.Az-a açıqlamasında Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev bildirib ki, tədbirə böyük maraq var:
"Bu dəfə Azərbaycan Su İdman Növləri Federasiyası da tədbirdə təmsil olunur. Çünki festival su hövzəsində yaxın ərazidə təşkil edilib. Bildiyiniz kimi, biz də Bakı buxtasında yarışlar təşkil edirik. Avtomobillərin Xəzər dənizinin ətrafında olması festivala əlavə maraq qatır. Düşünürəm ki, hər kəs bundan zövq alır".
Qeyd edək ki, iki gün ərzində Bakı bulvarında klassik, superkar və idman avtomobilləri nümayiş olunacaq. Səhər saat 11-də başlayan festival iyunun 6-da axşam saat 18:00-dək, iyunun 7-də isə saat 16:00-dək davam edəcək.