"Formula-1" üzrə dünya çempionatında yarışan "Ferrari" komandasının rəhbəri Frederik Vassyör Monakoda xəstəxanaya yerləşdirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Ferrari"nin mətbuat xidməti məlumat yayıb.
"Vassyör bu gün trekdə olmayacaq. Bir neçə tibbi müayinədən sonra o, yerli tibb müəssisəsində həkimlərin nəzarəti altında qalacaq. Biz ona tezliklə sağalmasını və geri dönməsini arzulayırıq", - deyə "Ferrari"nin bəyanatında qeyd edilib.
Bu həftəsonu Monakoda "Formula-1"in altıncı mərhələsi keçirilir, bu gün isə əsas yarışın sıralanma turu baş tutacaq. "Ferrari" komandasının sürücüləri yarışın əsas favoritləri hesab olunurlar.
58 yaşlı Vassyör 2023-cü ilin yanvar ayından etibarən "Ferrari"yə rəhbərlik edir.