Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan üçün inşa edilən qərargah çox səs-küyə səbəb oldu. Ağ evə bənzəyən bu binaya milyon dollarla pul xərclənib.
Bəs dünya ölkələrinin liderləri harada yaşayıb, çalışırlar? Bir çox ölkə respublika quruluşuna keçsə də hələ monarxiya dövründən qalan sarayları istifadə edir. Bəziləri isə tayı bərabəri olmayan binalar inşa edərək ölkələrini buradan idarə edir.
Oxu.Az ANS PRESS-ə istinadən bəzi ölkələrin prezident iqamətgahlarını təqdim edir.
ABŞ - Ağ ev, Vaşinqton

Əfqanıstan - Arg, Kabil

Almaniya - Bellevue sarayı, Berlin

Avstriya - Hofburg sarayı, Vyana

Azərbaycan - Prezident Administrasiyası, Bakı

Bosniya Hersoqovina - Prezident binası, Sarayevo

Braziliya - Palacio da Alvorada, Brazil

Bolqarıstan - Prezident sarayı, Sofiya

İndoneziya - Merdeka sarayı, Cakarta

Ermənistan - Prezident sarayı, İrəvan
Finlandiya - Prezident sarayı, Helsinki

Fransa - Elisey sarayı, Paris

Cənubi Afrika - Mahlamva Ndlopfu, Pretoria

Cənubi Koreya - Mavi ev, Seul

Gürcüstan - Prezident sarayı, Tiflis

Hindistan - Rashtrapati, Yeni Delhi

İran - Sa'dabad sarayı, Tehran

Konqo - Milli saray, Kinşasa

Madaqaskar - Lavoloha sarayı

Polşa - Prezident sarayı, Varşava

Rusiya - Kreml sarayı, Moskva

Türkiyə - Prezident sarayı, Ankara

Türkmənistan - Oğuz Xan Sarayı, Aşqabat

Vyetnam - Prezident sarayı, Hanoi

İtaliya - Quirinal sarayı, Roma

E.Ə.