Bu gün Bakının Qaradağ rayonunda - Bakı-Ələt magistralının 48-ci kilometrliyində baş vermiş dəhşətli yol qəzasında ölən şəxslərin kimliyini müəyyənləşdirilir.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, ilkin araşdırma zamanı “Shacman” markalı yük maşınına çırpılan “Opel”də vəfat edən şəxslərin Masallı rayonundan olduğu məlum olub.
Bəlli olub ki, ölən şəxslərdən ikisi 24 yaşlı qadınla 7 aylıq körpəsidir.
Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.
Qəzada ağır yaralanan daha bir şəxs xəstəxanaya yerləşdirilib
10:11
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsində “Opel” markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Ölənlərdən biri kişi, biri qadın, biri isə uşaqdır.
E.Ə.
www.oxu.az