Rusiya sakini “Dünya gözəli-2014” müsabiqəsinin qalibi seçilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünən Ekvadorda keçirilən “Dünya gözəli-2014”ün qalibi Sankt-Peterburqdan olan Yuliya İonina olub.
28 yaşlı Yuliya ailəlidir və 3 uşaq anasıdır. “Gözəllik və mərhəmət” adlı xeyriyyəçilik fonduna rəhbərlik edir. “Hüquq elmi” ixtisası üzrə ikinci ali təhsil alır.
Qeyd edək ki, “Dünya gözəli” müsabiqəsi 1985-ci ildən keçirilir. Bundan öncə, iki dəfə - 2006 və 2009-cu illərdə Rusiya vətəndaşı müsabiqənin qalibi olub.