Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Atasını öldürən şahzadə: “Qışqıran mumya” sərgiyə çıxarıldı – FOTO
Misirin paytaxtı Qahirədə 19-cu əsrdə ortalığa çıxarılan və DNT testləri nəticəsində III Ramzesin oğlu olduğu təsdiqlənən mumyanı sərgiyə çıxarıblar.
Oxu.Az xəbər verir ki, mumyanı digərlərindən fərqləndirən isə yaxşı mühafizə olunması və ağrıdan qışqırırmış kimi görünən üz ifadəsi ilə başqalarını təəccübləndirməsidir.
Misir Tarixi Əşyalar Nazirliyinin nümayəndələrinin açıqlamasına görə, “Məchul E.” Adlanan mumya Nil çayının qərb sahillərində məzarların yanında basdırılmış formada tapılıb. Eyni bölgədəki digər mumyalar ağ parçaya bükülüb qorunsa da, “Qışqıran mumya” qoyun dərisinə bükülmüş halda tapılıb.
1886-cı ildə kəşf olunan mumyanı incələyən tarixçilər Ramzesin oğlunun e.ə 1186-ci və 1155-ci illər arasında yaşadığını və həmin tarixlərdə zəhərlənərək öldürüldüyünü bildirib.
Sonrakı illərdə inkişaf edən texnologiya vasitəsilə mumyanın asılaraq öldürüldüyü və Ramzes ilə eyni DNT-ləri daşıdığı isbat olunub.
Tarixçilər mumyanın Kraliça Tayın oğlu olduğunu və anası ilə birlikdə atası III Ramzesə sui-qəsd etmək istədiyini bildirib. Bir çox tarixçiyə görə, Ramzes bu sui-qəsd nəticəsində ölüb.
“Qışqıran mumya”nın Şahzadə Pentavör olduğunu bildirən alimlər, mumyanın asıldıqdan sonra qoyun dərisinə bükülməsinin səbəbini onun aşağılanması və təhqir olunması üçün edildiyini bildirib.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər