Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəyovun doğum tarixi həm də ölkəmizdə milli musiqi günü kimi təntənə ilə qeyd olunur. Artiq 9 ildir ki, bu tarix həm də beynəlxalq musiqi festivalının keçirilməsi ilə yadda qalır. Bu gündən etibarən IX beynəlxalq musiqi festivalı start götürüb.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, festival çərçivəsində silsilə tədbirlər keçirilir.
Ən diqqət çəkən aksiyalardan biri isə metrostansiyalarıda sərnişinlərə musiqi proqramının təqdim edilməsidir. Artıq ənənə halını alan bu tədbir yenə böyük maraqla qarşılanıb. Sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədi ilə metronun ən çox istifadə edilən bir neçə stansiyasının vestibülündə gün boyu davam edib.
Festival çərçivəsində həmçinin tarixi abidəmiz olan Qız Qalasının qarşısında qonaqlar üçün konsert proqramı təşkil olunub.
Orkestrin ifalari yerli və əcnəbi turistlər tərəfindən maraqla qarşılanıb. IX beynəlxalq musiqi festivali 1 həftə davam edəcək.
A.M.