Azərbaycanlı Hüseyn adlı gənc Londonda keçirilən "TVE Biomovies" kanalının hazırladığı qısa film yarışmasında finala vəsiqə qazanıb.
"Londonda keçirilən "TVE Biomovies" kanalının hazırladığı, 65 ölkədən 225 filmin iştirak etdiyi qısa filim yarışmasında finala çıxmışam. Finala üç mövzu üzrə 9 film çıxıb. Yəni, hər mövzu üzrə 3 film finaldadır və ən çox baxılan video qalib olacaq. Sizdən xahiş edirəm ki, videonu səhifənizdə paylaşasınız. Çünki, bu videoya baxış sayına görə xal hesablanır. Azərbaycandan tək mənəm. Müsabiqədə Bolqarıstan, İspaniya, Hindistan, ABŞ və s. ölkələrdən iştirakçılar var".
Aytən Sadıqzadə