“Soyuq Əllər, İsti Ürək: Qış Möcüzəsi” Yeni İl Xeyriyyə Yarmarkasının Mer seçimləri yekunlaşıb.
Oxu.Az xəbər verir ki, səsvermə nəticəsində qalib müğənni Miri Yusif olub. Bu barədə “Soyuq Əllər, İsti Ürək: Qış Möcüzəsi” Yeni İl Xeyriyyə Yarmarkasının rəsmi Facebook səhifəsində məlumat verilib.
Yarmarkanın meri 1 ay müddətində insanları xeyriyyə layihəsinə qoşulmağa səsləyəcək. O, möhtəşəm şənliyin siması qismində yarmarkanın keçirildiyi müddət ərzində qonaqlarla birlikdə olacaq.
Xeyriyyə yarmarkası dekabrın 3-dən 2015-ci il yanvarın 4-dək Fəvvarələr Meydanında keçiriləcək.
Yarmarka xeyriyyə məqsədi daşıyır. Əldə ediləcək gəlirdən “Qocalar evi” və ağır xəstəlikdən əziyyət çəkən uşaqlara yardım ediləcək.
Qeyd edək ki, yarmarkanın meri namizədləri arasında əməkdar artist Tünzalə Əliyeva, şoumen Murad Dadaşov, müğənni Nigar Camal, “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə yer almışdı.
