Oktyabrın 20-dən 28-dək Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, festival günlərində cazsevərlər Sekou Kouyate (Qvineya), “Syminology” qrupu (Almaniya), Mişel Borstlap Triosu (Hollandiya), Bendik Hofset (Norveç), Omri Mor Triosu (İsrail), Matthias Spillman (İsveçrə), Bobo Stenson Triosu (İsveç), Kennedi Administreyşn (ABŞ) kimi dünya şöhrətli musiqiçilərin ifalarını dinləmək imkanı qazanacaqlar.
A.S.
www.oxu.az