Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə mayın 17-dən 24-dək Bakıda VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək.
Sarayın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, festivalda müxtəlif ölkələrdən dünya şöhrətli musiqiçilər və kollektivlər iştirak edəcəklər.
Festival çərçivəsində mayın 23-ü və 24-də Heydər Əliyev Sarayında Rikkardo Mutinin dirijorluğu ilə Luici Kerubini Orkestrinin geniş konsert proqramı olacaq.
Saat 19:00-da başlayacaq konsertlərin biletləri 10-30 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.
Aytən Sadıqzadə
www.oxu.az