Xəbər verdiyimiz kimi Türkiyənin tanınmış rejissoru Biray Dalkıran dram janrında sənədli filmin çəkilişi üçün Azərbaycana gəlmişdi.
Oxu.Az xəbər verir ki, Biray Dalkıran “Əraf”, “Cənnət”, “Cəhənnəm 3D”, “Mənə bir soyğun yaz”, “Pəri nağılı”, “Mələklərin möcüzəsi” filmlərinin, “Qazi”, “Sübut” seriallarının və 100-dən çox klipin rejissorluğunu edib.
Sənədli filmin ilk çəkilişlərinin Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərində çəkilməsi planlaşdırılıb.
3 gün şəhərimizin qonağı olan Biray Dalkıran azərbaycanlı rejissor Zoriklə birgə layihəyə imza atacaq.
Bu haqda Oxu.Az-a Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva məlumat verib:
“Biray Dalkıran Türkiyənin tanınmış və istedadlı rejissorlarındandır. Həm də mənim yaxın dostlarımdan biridir. O, Azərbaycanda tanınmış rejissor Zorik ilə işbirliyinə başlayacaq. Onlar birlikdə Azərbaycan-Türkiyə sərhəddində klip və reklam işləri ərsəyə gətirəcəklər”.
Qeyd edək ki, onları Günay Musayeva tanış edib.
Aytən Sadıqzadə
www.oxu.az