Misir hərbçiləri Sinayda terror qruplaşmasının 5 üzvünü məhv edib.
Oxu.Az Reporta istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumatda bildirilir ki, terrorçular yarımadanın şimalında, gizli sığınacaqda zərərsizləşdiriliblər. Bununla yanaşı, əməliyyat zamanı daha 3 terrorçu yaralanıb. Zərərsizləşdirilənlərin hansı terror qruplaşmasının üzvləri olduqları açıqlanmır.
Qeyd edək ki, Misirin Sinay yarımadasının şimalında antiterror əməliyyatları 2 ildən çoxdur davam edir. Çətin keçilən həmin ərazilərdə ekstremist qruplaşmaların üzvləri fəaliyyət göstərirlər.
S.S.
www.oxu.az