Belarusun Vitebsk şəhərində “Slavyan bazarı” festivalına yekun vurulur.
Oxu.Az xəbər verir ki, festivalın bağlanış günü Ulduzlar Xiyabanında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ulduzu parlayıb.
“Nəzərə alsaq ki, burada mənim ulduzum var, mən əlbəttə ki, hər il bura gələcəyəm, hətta məni dəvət etməsəz belə. Çünki mən burada ulduzuma baş çəkməliyəm. Çox sağ olun, yeni görüşlərədək!” – Bülbüloğlu deyib.
Qeyd edək ki, Ulduzlar Xiyabanının əsası 2009-cu ildə qoyulub. Xiyabanda tanınmış bəstəkarlar Andrey Petrov və Aleksandra Paxmutova, müğənnilər Sofiya Rotaru, Alla Puqaçova, Valeri Leontyev, Vladimir Mulyavin, Edita Pyexa, Lev Leşşenko, İqor Luçenok və Nadejda Babkinanın ulduzları var.