Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyədə Orhan Gencebaya vəzifə verildi
Türkiyənin məşhur müğənnisi Orhan Gencebay və sevilən aktrisa Hülya Koçyigit Mədəniyyət və İncəsənət Siyasətləri Şurasına üzv təyin ediliblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Resmi Gazete"də dərc olunan "Türkiyə Prezidentinin kadr təyinatlarına dair qərarları"ndan aydın olub.
Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan təyinat qərarına əsasən, şuralara müxtəlif şəxslər təyin olunub.
Mədəniyyət və İncəsənət Siyasətləri Şurasının üzvləri siyahısında Orhan Gencebay və Hülya Koşyigitlə yanaşı professor Ahmet Albayrak, Ali Saydam, Aram Kuran, Fecir Alptekin, Gökhan Yazgı, professor Gülçin Yahya Kaçar, Han Tümertekin, Havva Hümeyra, Şahin Oktay, Hülya Soydan, Prof. İskender Pala, Mustafa Sinan Genim, professor Ümit Meriç və professor Yusuf Özkırın adları da var.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Özgür Özel Rəcəb Tayyib Ərdoğana təzminat ödəyəcək
- Ərdoğan CHP sədrini ikinci dəfə məhkəməyə verdi: Təzminat tələb edildi
- Əminə Ərdoğan qadınların əl işləri üçün platforma yaradıb
- Ərdoğandan mühüm açıqlamalar: "Türkiyə tezliklə Aİ-də öz yerini tutmalıdır"
- Antalyada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib