Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Polisə tabe olmayıb özünə xəsarət yetirən "parkovşik" həbs edildi
Aprelin 7-də Bakıda ictimai asayişi pozan "parkovşik" inzibati məsuliyyətə cəlb edilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu Naxçıvanski küçəsində baş verib.
Polis əməkdaşları ərazidə qanunsuz parkinq fəaliyyəti göstərən şəxsə xəbərdarlıq ediblər. Bu zaman həmin şəxs tutduğu yeri tərk etməyəcəyini bildirərək səs-küy salmağa başlayıb və özünə xəsarət yetirib.
İctimai yerdə qaydaları pozan şəxs saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılıb.
Müəyyən edilib ki, saxlanılan şəxs Kürdəmir rayonu Sığırlı kənd sakini 1986-cı il təvəllüdlü S.Yusifovdur. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq, polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxsə 10 sutkalıq inzibati həbs verilib.
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Qaxda prokurorluq qarşısında xuliqanlıq əməli törədən 23 yaşlı sərxoş gənc həbs edildi
- Sabirabadda toyda dava salan gənclər saxlanıldılar
- Kişi arvadını və intim əlaqədə olduğu ustanı öldürdü - Cinayətin TƏFƏRRÜATI
- Bakıda avtobus sürücüsü sərnişini boğmağa çalışıb
- Bakıda masaj salonu işlədən qadın şərikini dəmir dabankeşlə döydü