"Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır".
Bu barədə Oxu.Az-a Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev məlumat verib.
Onun sözlərinə görə, xalq artistinin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, iyulun 23-də Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib.