“Azərkosmos” ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Azersky” peyki vasitəsilə Ermənistan tərəfindən törədilmiş yanğınların monitorinqini aparıb.
ASC-dən Oxu.Az-a verilən məlumata görə, yanğınlar, əsasən, cəbhənin Ağdam rayonu istiqamətində törədilib.
İyunun 29-da Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə, ümumilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.

İlhamə Əbülfət
www.oxu.az