Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Rusiyada səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev noyabrın 12-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Məlumata görə, tədbirdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- MN-də milyonluq mənimsəmə - Şahidlər məhkəməyə məcburi gətiriləcəklər
- General Azər İbrahimov Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİN OLUNDU
- Ermənistanın intensivləşən təxribatları: "Paşinyan Trampın diqqətini regiona çəkmək istəyir"
- Milli Müdafiə Universitetində YENİLİK: Kursantlar hansı güzəştlərdən yararlanacaqlar?
- Baş nazirdən hərbi kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlarla bağlı QƏRAR