Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir”, - məlumatda deyilir.