“Show me Azerbaijan” layihəsi çərçivəsində Azərbaycana səfər edən əcnəbi bloqerlərin Ağdama səfəri başa çatıb.
“Report”un Qarabağ bürosunun məlumatına görə, bloqerlər Füzuliyə yola düşüblər. Onların Füzulidə erməni vandallığına məruz qalmış bir sıra yerlərdə olacağı planlaşdırılır.
Qeyd edək ki, bloqerlər əvvəl Ağdam Cümə Məscidini, sonra isə Ağdam Dövlət Dram Teatrının dağıdılan binasını ziyarət ediblər.
Onlar ermənilərin burada törətdikləri vandallıqlarla yerindəcə tanış olublar.
15:29
“Show me Azərbaijan” layihəsi çərçivəsində Ağdama səfər edən əcnəbi bloqerlər Cümə Məscidində olublar.
“Report”un Qarabağ bürosunun məlumatına görə, bloqerlər Cümə Məscidini ziyarət etdikdən sonra, Ağdam Dövlət Dram Teatrının dağıdılan binasını ziyarət ediblər.
Onlar ermənilərin burada törətdikləri vandallıqlarla yerindəcə tanış olublar. Binanın qarşısında tar ifası dinlənilib.
10:43
Dünyanın 8 ölkəsindən bloqerler Ağdama səfərə yollanıblar.
“Report”un Qarabağ bürosunun məlumatına görə, səfər “Show me Azerbaijan” beynəlxalq bloqer layihəsi çərçivəsində reallaşır.
Hazırda bloqerlər Baş Qərvənddədir.