Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanın ən yaxşı tank bölüyü
2024-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarında "Ən yaxşı tank bölüyü" adı uğrunda yarış keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb.
Hərbi qulluqçulara sıra baxışı keçirildikdən sonra onlardan taktiki və fiziki hazırlıq üzrə məqbullar qəbul olunub. Həmçinin gündüz və gecə vaxtı atış və sürücülük üzrə çalışmalar yerinə yetirilib.
Yarışın yekununda "Ən yaxşı tank bölüyü" adına layiq görülən bölmə müəyyən edilib.

"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- İrəvana olmayan inam - Şamaxıda İncilə əl basan imansız keşiş
- Məhkəmə 9 milyonluq mənimsəmədə təqsirləndirilən MN-in sabiq vəzifəli şəxsi barədə qərar verib
- Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
- İranla ABŞ arasında müharibə başlayır? - Xəbərlərin 20:00 buraxılışı
- Azərbaycan MN vacib məlumat yaydı: "Ermənistan silahlı təxribatlarını gizlətməyə çalışır"