Qondarma “DQR”in “müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyan təmas xəttində yaralanıb və hospitala yerləşdirilib.
Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə bir sıra erməni KİV-ləri məlumat yayıblar.
Lakin “DQR müdafiə nazirliyi”nin nümayəndəsi Senor Həsrətyan “Novosti Armeniya” agentliyinə açıqlamasında bu informasiyanı təkzib edib, “dezinformasiya” adlandırıb.
Erməni qaynaqları xəbər verir ki, Mnatsakanyan martın 15-də təmas xəttinin Xocavənd istiqamətində olub.
A.M.