Dünyaca məşhur fotoqraf Reza Deqati erməni terroru nəticəsində həlak olmuş Rusiya vətəndaşı 13 yaşlı Artur Mayakovla bağlı paylaşım edib.
Fotoqraf 13 yaşlı uşağın Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində anım mərasimindən fotolar çəkib.
Bildirib ki, A.Mayakov nənəsi ilə birlikdə Gəncədə yaşayıb:
“Oktyabrın 17-də ermənilər tərəfindən Gəncəyə açılan atəş nəticəsində ölən şəxslərdən biridir”.
R.Deqati qeyd edib ki, Aleksandr Nevski Rus Pravoslav Kilsəsi 130 il əvvəl xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin etdiyi ianə ilə inşa olunub.
View this post on Instagram"Hacı Zeynalabdin Tağıyev" teqi üzrə xəbərlər
- Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
- Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasından 108 il ötür - VİDEO
- "Tağıyev" kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub - FOTO
- Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri "Tağıyev: Neft" bədii filminin nümayişi ilə başlanıb - FOTO
- Tağıyev qızları məktəbə çağırırdı, Xalq yazıçısı isə mətbəxə
Digər xəbərlər