Azərbaycan və Ermənistan arasında yenidən silahlı toqquşma ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Viqen Sarkisyan Lenta.ru-ya verdiyi müsahibəsində bildirib.
“Kifayət qədər aydındır ki, Ermənistan və region ölkələri üçün münaqişənin yenidən alovlanması sərfəli deyil. Müharibənin yenilənməsi bütün Cənubi Qafqaz üçün ciddi təhdid olacaq”, - nazir qeyd edib.
Sarkisyan həmçinin bildirib ki, xalqın mənəvi-psixoloji ruhunun möhkəmləndirilməsinə çalışılır. Bununla əlaqədar olaraq qadınlar üçün könüllü xidmət imkanlarının genişləndirilməsi üzərində də işlər gedir.
N.O.
www.oxu.az