Muzey 4 bölmədən - Tarix, Deportasiya-repressiya, Soyqırım və Terror bölməsindən ibarətdir. Muzey Azərbaycan xalqına qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub.
Oxu.Az Apa-ya istinadən xəbər verir ki, muzeydə Xocalı, Qaradağlı faciələri barədə sənədlər, erməni vəhşiliyini bəzi qurbanlarının, bəzi milli qəhrəmanların şəxsi əşyaları, sənədləri, fotoları və s. əşyalar sərgilənir.
A.M.