Yazıçı Hans Zaydlerin yeni yazdığı kitab II Dünya Müharibəsinin son günlərində faşist əsgərlərinin yaşam tərzini əks etdirən şəkillərlə zəngindir.
Media Drum World-un məlumatına görə, eksklüziv fotoşəkillərin daxil edildiyi “Müharibənin obrazları: 1944-1945-ci illərdə Hitlerin Qərb cəbhəsində məğlubiyyəti” (Images of War: Hitler’s Defeat on the Western Front 1944-1945) adlı kitab may ayının sonunda işıq üzü görəcək.
Şəkillərdə alman əsgərlərinin döyüşlərdən yorğun düşmüş halları, məğlubiyyətin pərişanlığı əksini tapıb.