Azərbaycan ümumi qəbul edilmiş normalar çərçivəsində özünü olduqca məsuliyyətli aparır və buna görə də xəritəyə baxan, regionun tarixini bilən hər kəs Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyinin nə qədər tam haqlı olduğunu, tarixin, coğrafiyanın və demoqrafiyanın müvafiq faktlarına uyğun olduğunu başa düşür.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə İsrailin keçmiş xarici işlər naziri, “Bizim ev-İsrail” partiyasının lideri Aviqdor Liberman deyib.
A.Liberman bildirib:
“Çox ümid edirəm ki, ilk növbədə beynəlxalq ictimaiyyət, indiki halda ATƏT-in Minsk Qrupunun bütün iştirakçıları obyektiv olacaqlar və hansısa dar, birtərəfli və siyasi mənfəətlərdən deyil, faktlardan çıxış edəcəklər”.
Keçmiş XİN rəhbəri əlavə edib:
“Biz şübhəsiz ki, Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyi özünü təmkinli aparır, amma təəssüf ki, digərləri özünü belə aparmır”.