Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Meşəlidə azərbaycanlılara qarşı terror aktı törədən ermənilərin adları - SİYAHI + VİDEO
Hazırda məhkəməsi keçirilən Vaqif Xaçaturyanla birlikdə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürən, 14 nəfərə xəsarət yetirən, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salan ermənilərin adları məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, həmin şəxslər - Xocalı rayonunun Badara kənd sakinləri Sarkisyan Emest Baxşıyeviç, Sarkisyan Armais Baxşıyeviç, Qasparyan Benik Astanovic, Abramyan Xoren Melikoviç, Avanesyan Armen Sarkisoviç, Sarkisyan Vova Armaisovic Xaçaturyan Qariy Nikolayeviç, Kaçaturyan Nikolay Beglarovic, Abramyan Armen Qaragenoviç, Abramyan Eduard Armenovic, Abramyan Žina Armenovic, Abramyan Vahid Armenoviç, Ohanyan Karen Aşotovic, Ohanyan Naorik Aşotoviç, Qasparyan Qurgen Benikoviç, Gasparyan Valery Benkovic, Davidyan Albert Melikovic Saakyan Samvel Rafikoviç, Osipyan Asatur Baxşıyeviç, Xaçatryan Karlen Baxşıyeviç, Israelyan Eduard Beglaroviç, Avakyan Artur Vartanoviç və Sarkisyan Surik Armaisoviçlə, habelə Verdi Allahverdiyan, Vilen Verdiyan, Qrişa Magişoviç, Slavik Ardemoviç. Qavruşa Zaduroviç, Ruben və Andronik adlı və şəxsiyyətləri istintaqa məlum olmayan Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş digər millətçi ermənilərdən yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin fəaliyyətində iştirak ediblər.
Həmin cinayət əməllərinin törədilməsi məqsədi ilə Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin adları qeyd olunan üzvləri ilə birlikdə Azərbaycan və erməni millətləri arasında milli nifrət və düşmənçiliyin salınmasında, azərbaycanlıların milli ləyaqətinin alçaldılmasında, milli mənsubiyyətlərinə görə hüquqlarının məhdudlaşdırılmasında və ermənilərin üstün olmalarına yönələn hərəkətlər edilməsində aşkar surətdə fəal iştirak edərək, 1988-ci ilin yay aylarında etibarən Xocalı (keçmiş Əsgəran) rayonunun Meşəli kəndindən Ağdam, Xocalı, Xankəndi şəhərlərinə gedən azərbaycanlılara yollarda sistematik hücumlar təşkil edərək onları döyməyə, nalayiq sözlərlə təhqir etməyə, öldürməklə hədələməyə, əmlaklarını məhv etməyə və onların fiziki məhvinə yönəlmiş digər addımlar atmağa başlayıblar.
"Ağdam" teqi üzrə xəbərlər
- Postmüharibə dövrü Ağdam: Minalar əvəzinə üzüm bağları
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
Rəylər