Azərbaycan ordusunun genişmiqyaslı təlimləri çərçivəsində qoşunlarda döyüş fəaliyyəti aparılır
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlərin növbəti mərhələsində qarşılıqlı fəaliyyətlərin təşkili məqsədilə əvvəl qəbul edilmiş qərarlar maket üzərində və ərazidə dəqiqləşdirilib.
Qoşunların idarə olunması və fəaliyyətlərin uzlaşdırılması məsələləri ətraflı işlənilib.
S.B.
www.oxu.az