Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazirlik Gəncə terrorunda hər iki valideynini itirmiş qardaş-bacının xərclərini öz üzərinə götürdü
Gənclər və İdman Nazirliyi Gəncədə erməni terroru nəticəsində hər iki valideynini itirmiş bacı-qardaşa kömək edəcək.
Nazirliyin Mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumun kollektivi 10 oktyabrdan 11 oktyabr tarixinə keçən gecədə erməni terrorçuları tərəfindən Gəncəyə atılan raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevil və qardaşı səkkiz yaşlı Hüseynin yetkinlik yaşlarına (18 yaş) çatana qədər aylıq cəmi 500 manat təminat xərclərini öz üzərinə götürür.
Qeyd edək ki, ermənilərin Gəncəni atəşə tutması nəticəsində 10 mülki şəxs həlak olub, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
İlhamə Əbülfət